Müasir bərabərsizliyin mənşəyi – Niyə varlılar varlanır, kasıblar isə daha da yoxsullaşır?

Müasir bərabərsizliyin mənşəyi – Niyə varlılar varlanır, kasıblar isə daha da yoxsullaşır?Bu yazıda iqtisadi bərabərsizliyin kökünün harada formalaşmasına və nə üçün sosial siyasətin bütün səylərinə baxmayaraq, varlıların varlanmağa, kasıbların isə daha da yoxsullaşmağa davam etməsinə baxacağıq.
Hamımız eyni qandanıq
Müasir iqtisadiyyat 18-ci əsrə gedib çıxır. Ondan əvvəl uzun əsrlər boyu hər hansı bir kütləvi əmtəə istehsalından söhbət getmirdi. Məhsullar əsasən şəxsi istehlak üçün yaradılırdı və ticarətin həcmi bugünkü standartlara görə gülünc idi. Əsas sərvət miras qalan və zadəganların yaxın ətrafı arasında bölüşdürülən torpaq idi. Avropa əhalisinin qalan hissəsi, təxminən 85%-i isə yad torpaqlarda işləyən və çox vaxt dolanışığını çətinliklə təmin edənlərdən ibarət idi.
Kəndlilərin əməyi məhsuldar deyildi. Belə ki, məhsul az idi və buna görə də bazarı genişləndirmək üçün praktiki olaraq heç bir stimul yox idi. Bu səbəbdən əsrlər boyu insanların həyat səviyyəsi eyni qalırdı. Lakin 19-cu əsrin əvvəllərində dünya dəyişdi – yeni texnologiyaların (buxar maşını, mexaniki toxucu) meydana gəlməsi, ticarət və kredit münasibətlərinin inkişafı, eləcə də şəhərlərin genişlənməsi feodalların süqutuna səbəb oldu və sənaye inqilabına təkan verdi.
Parçala və idarə et
İnkişaf etməkdə olan Avropaya resurs lazım idi – kömür, polad, pambıq, hansılar ki ya kifayət deyildi, ya da ümumiyyətlə hasil edilmirdi. Buna görə də, Avropa dövlətləri öz hərbi və texnoloji üstünlüklərindən istifadə edərək, Asiya, Afrika və Amerikanın müstəmləkə ərazilərindən resursları çıxarmağa başladılar. Məsələn, Böyük Britaniya və Hindistan arasındakı münasibətləri nümunə götürək.
19-cu əsrin ortalarında əllə deyil mexaniki dəzgahlardan istifadə olunmağa başlananda toxuculuq sənayesinin məhsuldarlığı sürətlə artdı. Pambıq paltarlar daha sərfəli oldu və onlara tələbat yüksəldi. Dünyanın əsas toxuculuq istehsalçılarından biri olan İngiltərə xammaldan məhrum olmağa başladı. Sonra o, bir metropol olaraq, hindi pambığını aşağı qiymətə almaq üçün digər ölkələrə ixraca qadağa qoydu.
Pambıq ixracına qoyulan embarqo Hindistanda geniş yoxsulluğa və şiddətli qıtlığa gətirib çıxardı, çünki fermerlərdən tutmuş tacirlərə qədər bu sənayedə çalışan işçilər gəlir mənbəyini itirdi. Böyük Britaniya 19-cu əsrin sonunda məhdudiyyəti aradan qaldırsa da, müstəmləkə münasibətlərin mirası uzun illər Hindistanda hiss olunmağa davam etdi. 20-ci əsrin sonuna qədər Hindistan dünyanın ən yoxsul ölkələrindən biri olaraq qaldı.
Müstəmləkəçilik
Bu gün Hindistan yavaş-yavaş yoxsulluq tələsindən çıxır. Nə də olmasa inkişaf etməkdə olan ölkələr arasında ən gənc əhaliyə sahibdir. Bir sözə, Hindistanın iqtisadi perspektivi əladır.
Lakin heç də hər kəs belə parlaq gələcəyə sahib deyil. Afrika ölkələrinin əksəriyyəti müstəqillik əldə etdikdən sonra dünyanın ən yoxsul əraziləri olaraq qalır. Bəs onların nə günahı var? Neft ehtiyatlarına görə qitənin ən zəngin ölkəsi olan Nigeriyanı götürək. Belə görünür ki, dünyanın əsas resursu ilə güclü iqtisadiyyat qurmaq mümkündür, lakin resurs lənətini dəf edə bilənlər azdır.
Aparıcı iqtisadiyyatlar fabrikləri yoxsul ölkələrə köçürürlər, ucuz işçi işə götürürlər və yerli resursları mənimsəyirlər. Nəticədə, Saharadan cənubda yerləşən Afrika ölkələrinin sakinləri kasıb belə deyil, yoxsuldurlar. Orada insanlar sözün əsl mənasında gündə 2 dollara dolanırlar.
Bəs birinci dünyanın problemləri? Hər şey nisbidir
Demək, ən yoxsul ölkələri başa düşdük. Onların yoxsul olmasının səbəbi yüz il əvvəl olduğu kimi müstəmləkə qalmasıdır. Bəs dünyanın qalan hissəsi, yəni biz? İstənilən Avropa və MDB ölkəsini götürün və Konqo və ya Somali ilə müqayisə edin. Təbii ki, fərq göz qabağında olacaq. Amma bu o demək deyil ki, nə Avropada, nə də Amerikada kasıb insanlar yoxdur. Bu yoxsulluq sadəcə fərqlidir. Əgər Konqo sakini özünə maşın ala bilmirsə, o, bunu dərd etmir, çünki yaşadığı ölkədə hər kəs piyada gəzir.
Müasir bərabərsizliyin mənşəyi – Niyə varlılar varlanır, kasıblar isə daha da yoxsullaşır?Konqoda varlı olduğunu göstərmək üçün parlaq kostyum geyinmək kifayətdir.
Və əksinə, avtomobil almağa pulu olmayan Avropa sakini nisbətən kasıb sayılır. Və bu yoxsulluq maskalanır. Ola bilsin ki, siz heç onun fərqində belə deyilsiniz. Dünyanın ən inkişaf etmiş ölkələrində, kiçik ultravarlı ölkələri çıxmaq şərti ilə, insanların çoxu ipotekasız ev ala, bir ailəyə iki avtomobil saxlaya bilmir. Dünya iqtisadiyyatı hər il bir neçə faiz artsa da, həyatınızda heç nə dəyişmir. Bəs bu artım hara gedir? Ən varlıların cibinə.
Qaz donuza yoldaş deyil
Bu bərabərsizlik nədə öz əksini tapır? Sərvətimizin böyük hissəsi bank depozitləri və daşınmaz əmlakdır. Bəli, bəziləri qiymətli kağızlara da sərmayə qoyur, lakin çox vaxt bu, pensiya üçün yaradılan "maliyyə yastığıdır". Dünyanın ən varlı insanlarına gəlincə, onların sərvət strukturu tamamilə fərqlidir. Varlılar real biznesə (5-10%), daşınmaz əmlaka (30-40%) və maliyyə aktivlərinə (40-60%) sahibdirlər.
Sərvətin bu strukturu sayəsində varlılar gəlirləri artdıqda onu xərcləmirlər, çünki bunun mənası yoxdur, onlar onsuz da dolanmaq üçün kifayət qədər pula sahibdirlər. Amma çoxumuz maaşımız artdıqda, nisbi yoxsulluqdan çıxmaq üçün istehlakımızı artırırıq – yeni telefon alırıq, avtomobilimizi təkmilləşdiririk, ikinci ipoteka götürürük və s.
Bu gün varlılar və sadə insanlar arasındakı tarazlıq beş yüz il əvvələ nisbətən azdır. Dünyanın ən uğurlu on iş adamı 1.174 trilyon dollar sərvət qazanıb ki, bu da Norveç və Avstriya iqtisadiyyatının cəmindən çoxdur.
Müasir bərabərsizliyin mənşəyi – Niyə varlılar varlanır, kasıblar isə daha da yoxsullaşır?Stiv Balmer və Bill Qeyts
Bəlkə, mütərəqqi vergilər tətbiq edək? Görünür, təklif ağlabatandır, çünki vergilər hamarlaşdırmanın əsas iqtisadi alətidir. Amma nədənsə mütərəqqi sistem iyirminci əsrdə getdikcə effektivliyini itirməyə başladı.
İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin hökumətləri vergiləri artırdıqda, varlılar pullarını maliyyə aktivlərinə və ofşor şirkətlərə köçürərək vergilərdən yayınmağa başladılar. Beləliklə, Laffer əyrisi işə düşdü – vergi dərəcəsi yüksəldikdə, insnalar onu həvəslə ödəməkdənsə, yayınma ittihamı ilə üzləşmək riskini üstün tutdular.
Nəticədə, vergi yükü kasıblar üzərində düşdü, çünki varlılardan fərqli olaraq, kasıblar biznesini parçalaya, şirkətdə pay ala və ya gəlirini gizlətmək üçün bahalı rəsm əsəri ala bilmirlər.
Dairə qapandı
Belə çıxır ki, keçmiş və indiki müstəmləkələr yoxsulluğa, digərləri isə bərabərsizlik bataqlığına məhkumdur. Əslində, indi vəziyyət dəyişir. 1990-cı illərin əvvəllərində dünya əhalisinin 38%-i yoxsulluq həddində yaşayırdı, indi isə bu göstərici cəmi 8%-dir. Bu onunla izah olunur ki, son otuz ildə, xüsusən 2000-ci illərdə dünya iqtisadiyyatı fəal şəkildə inkişaf edib, internet yaranıb və təhsil daha əlçatan olub.
Yoxsul ölkələrin müstəmləkə tələsindən çıxması son dərəcədə çətindir. Belə ölkələrdə uşaqlar normal təhsil ala bilmirlər, çünki vaxtlarını təmiz su və qida əldə etməyə sərf edirlər.
İqtisadiyyatı olmayan ölkələr üçün isə əsas maneə siyasətdir. İllərlə davam edən ərazi münaqişələri və rüşvətxor məmurlar ölkənin yoxsulluqdan xilas olmaq şanslarını puça çıxarır. Heç kim belə iqtisadiyyata investisiya qoymayacaq. Bir sözlə, güclü lider olmadan yoxsulluq tələsindən çıxmaq mümkün deyil.
Müasir bərabərsizliyin mənşəyi – Niyə varlılar varlanır, kasıblar isə daha da yoxsullaşır?Li Kuan Yu – Sinqapur iqtisadi möcüzəsinin müəllifidir. Otuz il ərzində ölkəni əsasən balıqçılıqla məşğul olan kənddən dünya iqtisadi liderinə çevirdi.
Bir ölkə mütləq yoxsulluğun öhdəsindən gələndə nisbi yoxsulluq başlayır, çünki iqtisadi uğur heç bir halda sərvətin bərabər paylanması demək deyil. ÜDM baxımından Afrikanın ən zəngin ölkəsi olan Nigeriyaya baxın.
Bununla nə edə bilərik?
Deyə bilmərik ki, dövlətlər bərabərsizliyi azaltmağa çalışmırlar. Onlar minimum əməkhaqqı təyin edirlər, pulsuz təhsil üçün kvotalar ayırırlar, antiinhisar tənzimləmələrə cəhd edirlər, amma bu proseslər ləng gedir. Əsasən ona görə ki, iqtisadi qərarların dirijoru hələ də öz maraqlarını irəli sürən varlı elitadır. Özünüzü onların yerinə qoyun. Maddi durumunuzu pisləşdirən qanunun qəbuluna razı olarsınızmı?
Belə çıxır ki, batanların xilası onların öz əlindədir. Və burada iki yol var. Birincisi – fərdidir. Fərdi yolun mahiyyəti ondan ibarətdir ki, siz yaxşı təhsil alıb yüksək maaşlı sahədə işə düzəlirsiniz. Və ya insanların hər hansısa ehtiyaclarını aradan qaldırmaq üçün şəxsi biznesinizi inkişaf etdirirsiniz.
İkinci yol – getdikcə daha çox ziddiyyətlərin toplandığı kapitalist sistemi dəyişdirmək üçün kollektiv fəaliyyətdir. Bu iki yol arasında seçim etmək sizə qalır. / banker.az

Maraqlı     Tarix: 16 may 2023

Oxşar xəbərlər

İki od arasında: Qazaxıstanın cəsarətli planı — yüksək texnologiyalı gələcək

Qazaxıstan Rusiya və Çin arasında yüksək texnologiyalı vasitəçi yolunu seçir və indi dünya investorlarını bu strategiyanın perspektivli olduğuna inandırmalıdır. Astana dünyanın ən qeyri-adi paytaxtlarından biridir. Orta Asiyanı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndəriləcək. /

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanun

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Düyü böhranı: məşhur kənd təsərrüfatı bitkisi planetə niyə zərər verir?

Düyü milyardlarla insanı qidalandırır, lakin onun iqlim dəyişikliyinin dərinləşməsindəki rolu getdikcə artır. Düyü dünya əhalisinin yarıdan çoxunun əsas qida mənbəyidir. Cənub-Şərqi Asiyanın terraslı düyü sahələrindən Çi

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd

Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir

Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir. Yuanla hesablaşmalar İran və Rusiyaya dollar əməliyyatları üzərindəki nəzarətdən yayınaraq ticarət aparmağa, xüsusilə də neft satmağa imka

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir

() Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir. Proqrama qəbu

Çinin iştirakı olmadan robot hazırlamaq niyə demək olar mümkün deyil?

Çində elektromobil sənayesinin inkişafı robototexnika üçün komponentlərin istehsalına güclü təkan verib. Bu gün Çin şirkətləri robotları digər bazar iştirakçılarının hələ təmin edə bilmədiyi miqyasda və qiymətlərlə istehsa


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri dollarin kursu bu gun dollar kursu