"Muğanbank" ASC 2023-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
"Muğanbank" ASC 2023-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini elan edir. Bank öz fəaliyyətini uğurla inkişaf etdirir.
"Muğanbank" ASC 2023-cü ilin ikinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi aktivlər böyüyərək 3,47 % artımla 721,86 milyon manat təşkil edib, cəmi depozit portfelində də 9,56 % artım qeydə alınaraq 393,83 milyon manata çatıb, eləcə də faiz gəlirləri 11,68 % artaraq 20,79 milyon manat təşkil edib. Bankın kredit portfeli isə 5,96 % artaraq 454,13 milyon manata çatıb. I dərəcəli kapital isə 63,63 % artaraq 136,51 milyon manat təşkil edib. Əlavə olaraq Bankın Nizamnamə kapitalı 51,16 % artaraq 162,5 milyon manat təşkil edib. Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. "Muğanbank" ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Startup nədir və necə olur?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?