Muğanbank və Mastercard pulköçürmə platformasını istifadəyə verib

Muğanbank və Mastercard pulköçürmə platformasını istifadəyə verib(®) Muğanbank "Mastercard" beynəlxalq ödəniş təşkilatı ilə birlikdə dünyanın 100-dən çox ölkəsinə sürətli, təhlükəsiz və aşağı komissiya haqqı ilə pul köçürmələri etməyə imkan yaratdı.
Muğanbank və Mastercard Azərbaycanda ilk olaraq innovativ bir məhsul olan hesablararası pul köçürmə platformasını istifadəyə verib.
Platforma öz müştərilərinə qlobal miqyasda bank və rəqəmsal hesaba təhlükəsiz, real vaxt rejimində ödənişlərlə bağlı köçürmələr etməyə imkan yaradır. Belə ki, bu platforma vasitəsi ilə köçürmələrdə müxbir bankların iştirak etməməsi mövcud məhdudiyyətləri aradan qaldıraraq, hesablaşma vaxtını əhəmiyyətli dərəcədə azaldır, prosesi daha sadə və köçürmələri daha sürətli və sərfəli edir. 
Muğanbank yeni innovativ platformanı tətbiq etməklə ölkənin rəqəmsal imkanlarının genişlənməsinə və inkişafına öz töhfəsini verəcək. Komissiya haqqının digər pul köçürmə sistemlərindən aşağı olması, təhlükəsizlik və sürət, köçürülən vəsaitin alan ölkənin valyutasında əldə edilə bilməsi və s. kimi imkanlar bu köçürmə sisteminin əlverişli və rahat olmasını təmin edir. 
Üstünlüklər:
Sürət - 24/7/365 girişi ilə saniyələr ərzində vəsaiti alıcılara əlçatan edir;
Səmərəlilik - Sadələşdirilmiş xidmət və aşağı əməliyyat xərcləri ilə geniş şəbəkələrə və maliyyə bazarlara çıxış imkanı yaradır;
Təhlükəsizlik - Tənzimləmə, maliyyə və fırıldaqçılıq riskini idarə etmək üçün Mastercard Şəbəkəsinin təhlükəsizliyindən və imkanlarından istifadə edir;
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür. / marja.az

Banklar     Tarix: 19 oktyabr 2022

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri bitcoin