Müştərilər depozit qoymaq üçün niyə "AccessBank"ı seçməlidir?

Müştərilər depozit qoymaq üçün niyə "Əhalinin yəni Fiziki şəxslərin əmanətləri üzrə renkinqlərdə biz TOP banklar siyahısındayıq".  Bunu "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev Banker.az-la müsahibəsində "Niyə müştəriləriniz banka inanıb, əmanət yerləşdirməlidir?" sualına belə cavab verib.
İ.Quliyev bildirir ki, AccessBank mütəmadi olaraq əmanətçilər arasında sorğular keçirir və onların bank əmanətləri üzrə davranışlarını analiz edir. Bütün bunlar AccessBank-ın daim müştəri məmnuniyyəti səviyyəsinin yüksək səviyyədə qorunması üçün həyata keçirilir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Biz öz müştərilərimizə "Niyə "AccessBank"ı seçirsiniz?", qeyri müştərilərimizə isə "Hansı bankda depozit yerləşdirmək istərdiniz və bunun səbəbi nədir" suallını veririk.  Hər iki qrupdakı respondentlər banka əmanət yerləşdirən zaman ilk olaraq bankın faiz dərəcələrinin maraqlı (yüksək) olmasına, ikinci olaraq isə bankın etibarlı olmasını qeyd edirlər"- deyə, İ.Quliyev bildirir.
Bankir deyir ki, banka etibar dedikdə isə hər il eyni cavablar alınır: əmanət yerləşdirilən bank – dövlət bankı və ya xarici təcrübəli bank olmalıdır, yüksək faiz təklifi olmalıdır və sığortalı olmalıdır. "Maraqlıdır ki, sorğuda iştirak edənlərin əksəriyyəti əmanət yerləşdirdiyi bankın maliyyə hesabatları ilə maraqlanmır. Halbuki burdada, mənfəətlik meyarı baxımından Bankımız TOP beşlikdə yer almışdır".
"Accessbank-ın depozit fəaliyyəti prioritet istiqamətlərdəndir və burada müştəri məmnuniyyəti çox vacib amildir. Müştəri məmnunluğu səviyyəsinin qorunub saxlanılması üçün mən şəxsən özüm hər ay yeni əmanət yerləşdirən müştərilərlə əlaqə saxlayıram. Zəng etdiyim 10 nəfərdən 7-si səhmdarımız beynəlxalq olduğu üçün bizi seçdiyini bildirir, demək ki, bu doğurdanda vacib və etibarlı göstəricidir. Ümumiyyətlə isə, hər bir insan banka depozit yerləşdirərkən, səhmdarların strukturu, maliyyə dayanıqlılığı və kapital adekvatlığı səviyyəsi vacib göstəricilərdir. Düzdür, sıravi vətəndaşın bu barədə məlumatı olmaya bilər, lakin bankların və medianın üzərinə burada böyük məsuliyyət düşür ki, bu kimi vacib maliyyə göstəricilərin nə olduğunu onlara izah etsin. Bundan savayı bankların rüblük, prundesial hesabatlarıda bankların rəsi veb səhifəsində yerlədirilir və yenilənir".
Bununla belə, İlkin Quliyev fiziki şəxslərin milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin gəlir vergisindən azad edilməsi qərarının da depozit portfelinin inkişafına və əhalinin artıq 12 aylıq deyil, daha uzun müddətə depozitlərin yerləşdirilməsinə müsbət təsir göstərdiyini bildirir.
"Hazırda əmanətçilərin 80 faizi  məhz 18 aylıq müddəti seçir, çünki bu müştərilər 1%-lik faiz gəlirinə düşən vergi yükündən azaddırlar. Bu, bizim kimi banklar üçün də sərfəlidir".
"AccessBank"ın depozit portfeli 1 mlrd. manat üzərindədir və bunun da,  70 faizə qədəri müddətli depozitlərdir. Bankın depozitləri həmçinin yuxarı gəlirlilik təklif edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Banklar     Tarix: 07 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin