"Müştərilərimizə keşbek, mil və bonuslar olaraq 100 milyon manat geri qaytarmışıq"
"Bu il biz Kapital Bank loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərinə geri qaytarıb".
Marja.az xəbər verir ki. bunu jurnalistlərə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov bildirib.
"11 ayın nəticəsinə istinadən deyə bilərəm ki, bankın xalis mənfəətdə 200 milyon manatın üzərində nəticə göstərəcəyi gözlənilir. Bankın kredit portfeli 4,1 milyard manat, depozit portfeli isə 6,6 milyard manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il kredit portfelimiz 921 milyon, depozit portfelimiz isə 340 milyon manat həcmində artıb. Bundan əlavə bu il biz loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərimizə geri qaytarmışıq. Xatırladım ki, beynəlxalq reytinq agentlikləri – "Moodies" və "Standard and Poor" isə bankımızın reytinqini yüksək olaraq qiymətləndirir",- Fərid Hüseynov deyib.
Fərid Hüseynov əlavə edib ki, keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərə qaytarılmış 100 milyon manat vəsaitdən başqa, dövlətin "ƏDV geri al" layihəsi üzrə 115 milyon manata yaxın vəsait də müştərilərə təqdim olunub.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları