"Müştərilərimizin 70%-i öz könüllü avtomobil sığortasını rəqəmsal kanallarımız vasitəsilə yeniləmişdir"

"Ötən ilin əvvəllərində onlayn satış platformamız vasitəsilə sığorta məhsullarının satışı rəqəmsallaşdı. Beləliklə, biz müştərilərə bir neçə kanaldan müraciət etmək şansı yaradaraq müştəri səyahətini asanlaşdırdıq".
PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova ilə 2022-ci ilin yekunları mövzusunda danışarkən bildirib. 
Ülviyyə Cabbarova "Sığortalılarımız bu platformalardan qeydiyyatdan keçərək öz şəhadətnamələrini yeniləmək, həkimə qeydiyyatdan keçmək, baş vermiş hadisələrini bildirməklə yanaşı, digər funksiyalardan da istifadə edə bilirlər", - deyərək sözlərinə belə davam edib: "Rəqəmsal kanallarımızın istifadəyə verilməsindən 1 ildən az müddət keçməsinə baxmayaraq biz artıq onun nəticələrini görə bilirik. Hazırda mobil əlavə üzrə 34.000-dən artıq aktiv isifadəçi mövcuddur. Hətta, müştərilərimizin 70%-i öz könüllü avtomobil sığortasını yeni kanallarımız vasitəsilə yeniləmişdir".
Şirkətin sədri qeyd edib ki, 2022-ci ildə PAŞA Sığortanın ümumi sığorta yığımları 213 milyon 646 min manat, sğorta ödənişləri 68 milyon 457 min manat təşkil etmişdir.
Ülviyyə Cabbarova əlavə edib:
P"AŞA Sığortanın 2022-ci il üzrə yekun satış hesabatına 3 əsas məhsul üzrə nəzər salmaq istərdim. Ötən il avtomobil, əmlak və tibbi sığorta məhsulları üzrə satışlarımızda artım olmuşdur. Lakin 2021-ci il ilə müqayisədə ötən il fərdi sığorta istiqamətində həyata keçirdiyimiz layihələrin və təşəbbüslərin nəticəsi olaraq tibbi sığorta üzrə 144%, əmlak sığortası üzrə 64%, avtomobil sığortası üzrə 16%  artımı xüsusilə vurğulamaq istərdim.
Bu sadəcə sözügedən sığorta növlərinin populyarlığı ilə bağlı deyil, həm də qoyulan məqsədə çatmaq üçün sistemli fəaliyyətimizin nəticəsidir. Xüsusilə yeni müştərilərin cəlb edilməsinə hədəflənən yeni məhsullar, marketinq kampaniyaları, rəqabətli tariflər, eləcə də müştərilərlə xidmət və kommunikasiyanın keyfiyyətinin artırılması istiqamətində görülən işlərin təsiri böyükdür". / marja.az

Banklar     Tarix: 07 aprel 2023

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin emlak xeberleri biznes krediti dollar məzənnəsi