"Nağd pul ofisi"nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək

Hazırda Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi Mərkəzi Bankın ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən "Nağd pul ofisi"ndə həyata keçirilir.
Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət  02 mart 2026-cı il tarixindən etibarən operator bankların ("Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən "Nağd pul ofisi"nin fəaliyyəti dayandırılacaqdır.
Yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi isə qeyd olunan tarixdən etibarən Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək həyata keçiriləcəkdi
Bununla yanaşı, investisiya pul nişanlarının satışı və geri alışının hazırda olduğu kimi satış agentləri – "Bank of Baku" ASC və "TuranBank" ASC tərəfindən həyata keçirilməsi davam edəcəkdir.
Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"na (https://e-qanun.az/framework/45796) uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna da müraciət oluna bilər.

Banklar     Tarix: 16 fevral 2026

Oxşar xəbərlər

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar məzənnəsi bitcoin qiymeti