"Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank"a ötürüldü
Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürüldüyü bildirilib.
Qeyd edilir ki, bununla bağlı məlumatı Azərbaycan Mərkəzi Bankından (AMB) təsdiqləyiblər.
Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil: "Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. "Naxçıvan Bank"ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil".
Xatırladaq ki, "Naxçıvan Bank" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
30 sentyabr 2023-cü il tarixində "Naxçıvan Bank" ASC-nin kredit portfeli (müştərilərə verimiş kreditlər) 202 milyon 500 min manat təşkil etmişdi. Xalis kreditlər isə 196 milyon 990 min manat olmuşdu.
30 sentyabr 2023-cü il tarixində "Naxçıvan Bank" ASC 302 milyon 481 min manat cəmi aktivlərə malik idi.
© "Report"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları