Naxçıvanda banklardakı əmanət hesablarının sayı 39%-ə yaxın artıb

Naxçıvanda banklardakı əmanət hesablarının sayı 39%-ə yaxın artıbBu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarında 254 136 hesab olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinin məlumatında bildirilir.
Bu, 2024-cü il mayın 1-nə nisbətən 0,7 % azdır.
Bank hesablarının 185 181-i cari, 67 245-i kredit, 1 710-u isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 8,7 % çox, 20,3 % az və 38,7 % çoxdur.
Bank hesablarının 3 668-i hüquqi, 250 468-i isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,6 % və 0,7 % azdır. Fiziki şəxslərin hesablarının isə 21 779-u fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 23 % azalma deməkdir.
Bu il yanvar-may aylarında muxtar respublikada 22 426 yeni bank hesabı açılıb ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 25,6 % çoxdur. Yeni hesabların 346-sı hüquqi, 22 080-i isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,4 dəfə az və 30 % çoxdur. Yeni açılan fiziki şəxslərin hesablarının 2 592-si isə fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 16,2 % azalma deməkdir.
Hazırda Naxçıvanda 7 bank ("Naxçıvanbank" ASC və 6 bankın filialı – "Kapital bank" ASC, "Azərbaycan Beynəlxalq Bank" ASC, "Azər-Türk Bank" ASC, "Bank Respublika" ASC, "Access Bank" QSC və "Rabitə Bank" ASC), 3 bank olmayan kredit təşkilatlarının filialları ("FİNKA Azərbaycan" MMC və "Aqrarkredit" QSC) və 1 kredit ittifaqı "Bərəkət Kredit İttifaqı" MMC fəaliyyət göstərir. / banker.az

Banklar     Tarix: 06 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti