Naxçıvanda ipoteka kreditlərinin məbləğləri artırıldı

Naxçıvanda ipoteka kreditlərinin məbləğləri artırıldıNaxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkəmizdə eləcə də onun ayırlmaz tərkib hissəsi olan muxtar respublikada gənc ailələrin mənzilə olan tələbinin təmin olunması, rifahının yaxşılaşdırılması  məsələsi prioritet vəzifə kimi müəyyən edilib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib.Müşavirədə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə bir sıra tapşırıqlar verilərək gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar adi ipoteka və güzəştli ipoteka kreditlərinin məbləğlərində dəyişklik edilməsi, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılması müəyyən edilmişdir.
Naxçıvanda ipoteka kreditlərinin məbləğləri artırıldıÜeyd edilib ki, bununla əlaqədar olaraq Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti artıq oktyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini artıraraq 8%-li ipoteka krediti 150 min manata, 4%-li ipoteka krediti isə 100 min manata çatdırılmışdır.
 Gənc ailələr İpoteka Fondunun müvəkkil bankları ilə əlaqə saxlayıb maksimal məbləğdə ipoteka kreditlərindən yararlana biləcəklər.
Qeyd edək ki,kreditlərin ayrılması üçün Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə tələb olunan qədər vəsait ayrılmışdır.  / marja.az

Banklar     Tarix: 03 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler leobank kart biznes xeberleri bitkoin almaq biznes qurmaq