"Naxçıvansığorta" sığorta müqavilələrini "Atəşgah Sığorta"ya ötürəcək
"Naxçıvansığorta" ASC-nin ümumi yığıncağının son iclasında Cəmiyyətin könüllü qaydada ləğvi barəsində yekdil qərar qəbul edilmişdir.
Marja.az xəbər verir ki, bu, "Naxçıvansığorta" ASC-nin Ləğvetmə Komissiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli lisenziyanın ləğvi barəsində müraciət edilmiş və Mərkəzi Bankın İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə Cəmiyyətin lisenziyası ləğv edilmişdir.
"Cəmiyyətin qüvvədə olan bütün könüllü və icbari sığorta müqavilələrinin sığortalıların razılığı alınmaqla "Atəşgah Sığorta" ASC-yə ötürülməsi barədə müvafiq cəmiyyətlə razılıq əldə edilmişdir. Müvafiq müqavilələr üzrə sığortaçının üzərinə düşən öhdəliklər ötürülmə tarixindən etibarən "Atəşgah Sığorta" ASC tərəfindən həyata keçiriləcək.
Cəmiyyət sığortalılar və bütün kreditorlar qarşısında öhdəliklərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam və vaxtında yerinə yetirəcəkdir",- məlumatda deyilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev pr., 4
e mail: [email protected]
Tel.: +99436 550 3999

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları