Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
Almaniyanın nəhəng maliyyə qurumu Deutsche Bank 2026-cı il üçün qızıl qiyməti proqnozunu artırıb.
Marja xəbər verir ki, Bank əvvəllər 1 unsiya qızılın 4 000 dollar olaraq açıqladığı orta qiymət proqnozunu 4,450 dollara yüksəldib. Bu yeniləmənin əsas səbəbi investor axınlarında stabilliyin təmin olunması və mərkəzi bankların güclü alış marağının davam etməsi göstərilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Bankın yeni proqnoza görə, 2026-cı ildə qızılın unsiyasının 3950 ilə 4950 dollar aralığında ticarət edəcəyi gözlənilir. Qeyd olunub ki, proqnozlaşdırılan yuxarı hədd COMEX-də ticarət olunan 2026-cı ilin dekabr ayına olan qızıl fyuçersinin mövcud səviyyəsindən təxminən 14% yüksəkdir.
2027 və 2028-ci il proqnozları da açıqlanıb. Deutsche Bank-ın uzunmüddətli proqnozlarına görə, qızılın 2027-ci ildə orta qiyməti 5150 dollar, 2028-ci ildə isə 4500 dollar səviyyəsində olacağı gözlənilir. Bank qızıla uzun müddət ərzində güclü tələbat olacağını bildirir.
Gümüş, platin və paladyum üçün də proqnozlar açıqlanıb. Deutsche Bank 2026, 2027 və 2028-ci illər üçün gümüş, platin və paladyumun orta qiymətlərini təqdim edib:
Gümüş: 2025-ci il orta qiymət 38,8 dollar, 2026-cı il üçün orta qiymət 55,1 dollar, 2026-cı ilin I rübündə 51,7 dollar, IV rübündə 58,5 dollar, 2027 və 2028-ci illər üçün orta qiymətlər müvafiq olaraq 60,0 və 55,0 dollar.
Platin: 2025-ci il orta qiymət 1253 dollar, 2025-ci ilin IV rübü 1575 dollar, 2026-cı ilin I rübü 1630 dollar, IV rübü 1840 dollar, 2026-cı il orta qiyməti 1735 dollar, 2027 və 2028-ci illər üçün proqnozlar 2040 və 1750 dollar.
Paladyum: 2025-ci il orta qiymət 1137 dollar, 2025-ci ilin IV rübü 1420 dollar, 2026-cı ilin I rübü 1470 dollar, IV rübü 1660 dollar, 2026-cı il orta qiyməti 1565 dollar, 2027 və 2028-ci illər üçün proqnozlar 1840 və 1570 dollar.
Əlavə edək ki, Bank of Amerika (BofA), qızıl qiymətlərində yeni ildə rekord gözləyir. Bank qızılın 2026-cı ildə 5000 dollara çatacağını proqnozlaşdırır. Banka görə, 2026-cı ildə qızıl orta hesabla 4538 dollar/unsiyasəviyyəsində ticarət olunacaq. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?