Növbəti dəfə "PAŞA Bank"ın yüksək reytinqi təsdiqlənib
Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank"ın fəaliyyəti beynəlxalq ekspertlər icması tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib.
Bankın yaydığı məlumata görə, "Standard & Poors" Beynəlxalq Reytinq Agentliyi Bankın kredit reytinqini açıqlayıb. Qiymətləndirməyə əsasən "PAŞA Bank"ın uzunmüddətli kredit reytinqi "B+", qısamüddətli reytinqi isə "b+" səviyyəsində təsdiq olunub. Reytinq üzrə proqnoz isə "sabit" olaraq saxlanılıb.
"PAŞA Bank"ın güclü biznes mövqeyi, böyük likvidlik ehtiyatları və yüksək gəlirliliyi "Standard & Poors" Beynəlxalq Reytinq Agentliyi tərəfindən yüksək reytinq və sabit proqnozla qiymətləndirilmənin əsas təminatçısı olub.
Qeyd edək ki, bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV-nin tərtib edilməsi prinsipləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes planı necə yazmaq lazımdır?