Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız
®VTB (Azərbaycan) Novruz bayramı ərəfəsində müştərilər üçün sərfəli kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində nağd kreditləri illik 9,5%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkündür. Təklif 24 fevral – 31 mart tarixləri arasında qüvvədədir.
Bayram kampaniyası çərçivəsində çərşənbə axşamları nağd kreditlər tam komissiyasız – 0% ilə təqdim olunacaq.
Eyni zamanda, digər banklardakı kreditlərini VTB (Azərbaycan)-da birləşdirmək istəyən müştərilər aksiyanın bütün müddəti ərzində krediti komissiyasız rəsmiləşdirə bilərlər. Bu isə kredit şərtlərini daha sərfəli edir və daha geniş müştəri kütləsi üçün əlçatan imkan yaradır.
"Novruz yenilənmə zamanıdır. Biz də bu ərəfədə müştərilərimizə daha sərfəli və rahat kredit imkanları təqdim edirik. Endirilmiş faiz dərəcəsi və komissiyanın olmaması kredit rəsmiləşdirilməsini daha əlverişli edir. Məqsədimiz müştərilərimizin planlarını gerçəkləşdirməsinə dəstək olmaq və bank xidmətlərini daha da əlçatan etməkdir", – deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov şərh edib.
VTB (Azərbaycan) ASC-nin məhsul və xidmətləri haqqında məlumatı filiallarda, rəsmi veb saytında, 986 qısa nömrəsinə zəng etməklə və sosial media səhifələrində əldə etmək olar. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Cash Back nədir?
Françayzinq nədir və necə olur?
Necə Bitcoin almaq olar?
SMM nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt