"OBA" marketlər şəbəkəsinə - YENİ RƏHBƏR TƏYİN EDİLİB

 Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib. O, maliyyə və idarəetmə sahəsində 17 ildən çox təcrübəyə malik olan bir peşəkardır.
FED.az xəbər verir ki, Natəvan İbrahimova karyerasına 2005-ci ildə "Veysəloğlu Distribusiya" şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik etmişdir.
Bakalavr təhsilini "Tətbiqi riyaziyyat və kibernetika" ixtisası üzrə 2003-cü ildə Bakı Dövlət Universitetində alan Natəvan İbrahimova 2005-ci ildə həmin universitetin eyni ixtisası üzrə magistr diplomuna yiyələnib. 2019-2021-ci illərdə dünyanın qabaqcıl biznes məktəblərindən ESCP Business School-da Executive MBA dərəcəsi qazanıb. Mütəmadi olaraq maliyyə və idarəetmə üzrə beynəlxalq təlim və konfranslarda iştirak edən Natəvan İbrahimova Ostin Texas Universitetinin (ESCP Aparıcı İnnovasiyalar və İnkişaf üzrə) və Şanxay Jiao Tonq Universitetinin (ESCP Europe Çin modeli üzrə) sertifikatlarını qazanıb. Həmçinin Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diploma (ACCA DipIFR) sahibdir.
Qeyd edək ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində "OBA" marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.
"OBA" marketlər şəbəkəsi 2016-cı ildə bazarın ehtiyacına uyğun olan və fərqli bir konseptə malik, "discount" (endirim) konseptli bir market olaraq yaradılmışdır. Veysəloğlu Şirkətlər Qrupunun "OBA" marketlərini yaratmaqda əsas məqsədi əməliyyat xərclərini minimum saxlamaq, istehsalçıdan birbaşa istehlakçıya çatdırmaq və nəticədə insanlara büdcəyə qənaət etməklə özünü və ailəsini təmin etmək imkanı yaratmaq olmuşdur.
Hazırda "OBA" qonşu market konsepsiyasına əsasən hər kəsə qonşu qədər yaxındır və Azərbaycanın əksər bölgələrini əhatə edən 1111 mağazası ilə müştərilərinə ailə büdcəsinə qənaət etdirəcək alış-veriş təcrübəsi qazandırmaq üçün çalışır. Hazırda "OBA" ailəsi 5700-ə yaxın əməkdaşı ilə istehlakçılara xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış "Deloitte" şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Biznes     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y


iqtisadi xeberler biznes xeberleri bitkoin almaq en son xeberler avtomobil xeberleri