"OBA" şəhid olan 4 əməkdaşının adına filiallar həsr etdi - FOTOLAR - VİDEO

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsi Zəfər Günü ərəfəsində çox maraqlı bir ilkə imza atıb.
FED.az xəbər verir ki, şirkət şəhid olmuş 4 əməkdaşının valideynlərinin arzusunu həyata keçirərək şəhidlərin böyüyüb boya-başa çatdığı bölgələrdə 4 filialını qəhrəmanlarının adına həsr edib.
Bundan sonra "OBA"nın Yardımlı, Beyləqan, Şirvan və Qəbələdəki 4 filialı şəhid əməkdaşları – Tural Aslanov, Qara Nəsirov, Süleyman Bağırov və Ümman Əmiraslanovun adları ilə tanınacaq.
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olan "OBA" marketlər şəbəkəsinin əməkdaşı Ümman Əmiraslanovun anası Fəzilə Əmiraslanova bildirib ki, oğlunun adının əbədi yaşaması onun üçün hər şeydən önəmlidir: 
""OBA" marketlər şəbəkəsinin bu təşəbbüsü hər kəsə örnək olmalıdır. Bütün şəhidlərimizin adına belə obyektlər, məktəblər, bağçalar verilməli, şəhidlərimiz yaddan çıxmamalıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. "OBA"mızın 4 şəhidi var idi. Mən bütün rəhbərliyə öz təşəkkürümü bildirirəm ki, belə bir addım atıblar. Allah şəhidə dəyər verən hər kəsə öz qatında dəyər versin".

"OBA" marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli qeyd edib ki, ərsəyə gələn layihə şəhid valideynlərinin arzusunu reallaşdırıb: 
"44 günlük Vətən Müharibəsində "OBA"mızın 4 əməkdaşı da vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına vuruşaraq şəhid olublar. Həmçinin, şirkətimizin onlarla qazi əməkdaşı var. Şəhidlərimizin adını daim yaşatmaq, onların ailələrinə az da olsa təsəlli olmaq bizim hər birimizin borcudur. Zəfərimizin ikinci ilində qəhrəman əməkdaşlarımızın validyenlərinin arzusunu həyata keçirməyə çalışdıq. Ümid ki, ərsəyə gətirdiyimiz bu layihə ilə onların ağrısını az da olsa azalda bildik. Şəhidlərimiz Tural Aslanov, Qara Nəsirov, Süleyman Bağırov və Ümman Əmiraslanovun ailəsi daim şirkətimizin diqqətindədir, biz hər zaman onların yanındayıq və bundan qürur hissi duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!". 
Keçirilən tədbirlər rayon əhalisi arasında da böyük maraqla qarşılanıb. Şəhidlərin doğmaları, yaxınları, təhsil aldıqları məktəblərin kollektivləri açılış mərasimlərində iştirak edib, onlarla bağlı öz xatirələrini bölüşüblər.
Tədbirlər kövrək anlarla yadda qalıb.

Biznes     Tarix: 08 noyabr 2022

Oxşar xəbərlər

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq