Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi "Statistik bülleten-2026" hesabatında bildirilir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artmış, kredit kartlarının sayı isə 7.6% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 % artmışdır. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 687 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 600 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 85 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı üzrə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70.6%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 7.7%, POS-terminalların sayı 50.6% artmışdır.
Həmçinin oxu
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ


Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Cash Back nədir?
Françayzinq nədir və necə olur?
Necə Bitcoin almaq olar?
SMM nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt