Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu aşıb
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatları açıqlayıb.
Məlumata görə, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 100,5 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 5,1 milyon ton yük daşınmışdır. 2023-cü ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 9,4 faiz, yük daşınması isə 7,1 faiz artmışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-dekabr aylarında 8,1 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 95,9 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 73,5 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 26,5 faiz təşkil etmişdir. / marja.az
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa