Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Xətti ilə Rabitəbank tərəfindən verilən ilk kreditin müqaviləsinin imzalanma mərasimi keçirilib
®19 dekabr 2024-cü il tarixində Rabitəbank, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini Alizadeh MMC ilə imzalayıb. Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də islam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyıb.
Müqavilənin imzalanma mərasimi Rabitəbankın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin Alizadeh MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub.
Mərasimdə çıxış edən Orhan Gültekin qeyd edib ki, "Bu kredit müqaviləsi, yalnız Rabitəbankın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də İslam Korporasiyasının (ICD) Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir. Rabitəbank olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik."
Alizadeh MMC-nin direktoru Kazım Mustafazadə, öz çıxışında "Rabitəbank ilə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir."
Qeyd edək ki, Rabitəbankın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı, Azərbaycanda islam qaydalarına uyğun maliyyə həllərinin genişləndirilməsi və yerli müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir addımdır.
Hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

/ banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10