"PAŞA Bank" 110 milyon manat xalis mənfəət açıqladı
"PAŞA Bank" ASC 2022-ci ilin ilk doqquz ayında 109.71 milyon manat həcmində xalis mənfəət əldə edib.
Bu barədə Banker.az-ın Bankın rüblük maliyyə hesabatına istinad edir.
Bankın faiz gəlirləri illik müqayisədə 15.2% artımla 223.92 milyon manat olub.
"PAŞA Bank"ın faiz xərclərinin həcmi 39.63 milyon manat, qeyri-faiz gəlirləri 143.91 milyon manat, qeyri-faiz xərcləri 178.31 milyon manat olub.
Bununla da onun əməliyyat mənfəəti 149.89 milyon manat olub, buradan kreditlər üzrə 3.79 milyon manatlıq ehtiyatlara ayırmalar, 36.39 milyon manat mənfəət vergisi ayırıb.
Beləliklə, onun bölüşdürülməmiş mənfəəti 1 oktyabr 2022-ci il tarixinə 249.3 milyon manata yüksəlib.
Bankın aktivlərinin həcmi 7 milyard 606.01 milyon manata yüksəlib. Bu da 19% illik artım deməkdir. Aktivlərinin 2 milyard 667.87 milyon manatı kredit portfelidir.



PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Elon Musk kimdir?
5 liderlik göstəricisi
Biznes nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Biznes təlimlər və tədris üsulları