PAŞA Bank 30-cu "Baku Energy Week" tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank, bu gün öz işinə başlayan və regionun ən irimiqyaslı sənaye platformalarından biri hesab olunan 30-cu Yubiley "Baku Energy Week" tədbirinin əsas bank tərəfdaşı kimi çıxış edir.
Bu mötəbər platforma enerji sektorunun qlobal liderlərini bir araya gətirərək, ölkənin iqtisadi və sənaye potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün geniş imkanlar yaradır.
"Baku Energy Week" çərçivəsində keçirilən üç əsas tədbir – 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum" — yüksək beynəlxalq iştirak səviyyəsi, strateji gündəliyi və enerji sənayesinin aktual mövzuları ilə seçilir. Forumda neft və qaz kəşfiyyatı və hasilatı, yaşıl enerjiyə keçid, ixrac infrastrukturu və Azərbaycanın artan investisiya cəlbediciliyi kimi önəmli mövzular müzakirə ediləcək. Tədbir çərçivəsində beynəlxalq ekspertlərin iştirakı, sənaye liderləri arasında strateji razılaşmaların və əməkdaşlıq sənədlərinin imzalanması da nəzərdə tutulur.
PAŞA Bank 30-cu "Baku Energy Week" tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
PAŞA Bank tədbirin hər üç əsas hissəsində fəal iştirak etməklə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə onların fərdi biznes ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri təqdim edəcək. Bankın bu fəallığı Azərbaycanın enerji sektorunun davamlı inkişafına dəstək olmaqla yanaşı, korporativ biznesin və kiçik və orta sahibkarlığın (KOS) maliyyə resurslarına çıxış imkanlarını genişləndirməyə və onların dayanıqlı inkişafını təşviq etməyə yönəlib.
Qeyd edək ki, PAŞA Bank real sektorun maliyyələşdirilməsi sahəsində göstərdiyi xidmətlərə görə nüfuzlu beynəlxalq nəşrlər tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2024-cü ildə "Euromoney" tərəfindən "Azərbaycanın Ən Yaxşı KOS Bankı", 2025-ci ildə isə "International Investor" tərəfindən "Azərbaycanın Ən Yaxşı Bankı" adına layiq görülmüşdür. Bu mükafatlar Bankın həm yerli, həm də beynəlxalq maliyyə bazarlarında etibarlı, innovativ və strateji tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.

/ marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?