"PAŞA Bank" Beynəlxalq Əlillər Gününə həsr edilmiş növbəti sosial layihəni həyata keçirib
®Sosial məsuliyyətli korporativ vətəndaş olan "PAŞA Bank" xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial layihə reallaşdırıb. "GİD CSR Consulting" şirkəti və 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzi ilə tərəfdaşlıq əsasında həyata keçirilən bu layihə Beynəlxalq Əlillər Gününə həsr olunub.
Layihə çərçivəsində uşaqlardan ibarət bir neçə komanda arasında intellektual yarış keçirilib. Yarışın əsas mövzusu Azərbaycanın ikinci Qarabağ müharibəsi və ölkəmizin zəngin tarixi ilə bağlı suallar əsasında qurulub. Tədbir sağlam və xüsusi qayğıya ehtiyacı olan uşaqların bərabər səviyyədə əyləncəli və intellektual fəaliyyətlərdə iştirakını təmin etmək, uşaqları kiçik yaşlarından bu mövzuya dair maarifləndirmək və onlarda düzgün təsəvvür yaratmaq məqsədi daşıyıb.
Qalib komandalar və iştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif olunub, fiziki məhdudiyyəti olan uşaqların ailələrinə əlil arabaları təqdim olunub.
"PAŞA Bank" xeyriyyəçilik fəaliyyəti çərçivəsində bu cür təşəbbüslərini davam etdirmək niyyətindədir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları