"PAŞA Bank" COP29-da "İdarəetmənin rəqəmsal transformasiya ilə formalaşdırılması: Maliyyə sektorundakı qlobal trendlər" panelini keçirir
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki digər çağırışlara dair müzakirələrdə fəal iştirak edir.
Bu gün, 16 noyabrda, Bank Yaşıl Zonada "İdarəetmənin rəqəmsal transformasiya ilə formalaşdırılması: Maliyyə sektorundakı qlobal trendlər" adlı panel müzakirəsini keçirir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Iqtisadiyyat Nazirliyinin müşaviri Rauf Nəcəfli, "PAŞA Bank"ın təhlükəsizlik blokunun baş direktoru Vasif Qasımov, "Kapital Bank"ın ödənişlər sistemləri ofisinin lideri Zakir Xanməmmədov, "PwC" şirkətinin Avrasiya üzrə texnologiya direktoru Fərid Qattal, "Visa" şirkətinin Mərkəzi Avropa, Yaxın Şərq və Afrika bölgəsində risk praktikası üzrə rəhbəri Aşiş Vadva kimi aparıcı ekspertləri bir araya gətirəcək paneldə maliyyə sektorunda idarəetmə strukturlarının yenidən formalaşdırılması, şəffaflığın artırılması, tənzimləmə və risk idarəetməsindəki qlobal trendlər əsas müzakirə mövzularıdır.
Panelçilər rəqəmsal innovasiya və ESG (ətraf mühit, sosial və idarəetmə) məqsədləri, rəqəmsal transformasiya və dayanıqlı inkişaf, məlumat idarəetməsi və ESG uyğunluğu, rəqəmsal ödənişlərin dayanıqlılığı və müştəri təhlükəsizliyi, rəqəmsal transformasiyanın risk idarəetməsində rolu barədə dəyərli fikirlərini təqdim edəcəklər.
Müzakirə panelini izləmək istəyənlər 11:00-da Yaşıl Zonada yerləşən D42 pavilyonuna dəvət olunurlar. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?