PAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı

PAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladıPAŞA Bank enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində daha bir önəmli addım atıb. Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov tərəfindən imzalanıb.
PAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladıRazılaşmaya əsasən, tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin təşviqi üçün güzəştli kreditlərin verilməsi üzrə əməkdaşlıq edəcəklər. Bu çərçivədə kreditlərin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət mexanizmləri, geri qaytarılması və müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı kimi məsələlər tənzimlənəcək.
Bəhruz Nağıyev qeyd edib ki, Fond vəsaiti hesabına təqdim olunacaq güzəştli kreditlər enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq. O, imzalanan müqavilənin tərəflər arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Samir Axundov isə bildirib ki, Fondun vəsaiti hesabına enerji səmərəliliyi layihələrinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bu istiqamətdə ölkənin aparıcı bankları ilə əməkdaşlıq qurulduğunu vurğulayan sədr, PAŞA Bank ilə tərəfdaşlıqdan məmnunluğunu qeyd edib.
Qeyd edək ki, PAŞA Bank 2023-cü ildən etibarən BMT Qlobal Sazişinin üzvü olaraq enerji səmərəliliyi və dayanıqlı inkişaf layihələrini aktiv şəkildə dəstəkləyir. Bankın 2024–2026-cı illəri əhatə edən Korporativ Sosial Məsuliyyət strategiyası da Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə formalaşdırılıb. Bu məqsədlər arasında "İqlim dəyişikliyinə qarşı mübarizə" xüsusi yer tutur və Bank bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.
Güzəştli kreditlər vasitəsilə enerji səmərəliliyi layihələrinə investisiyanı təşviq edən PAŞA Bank həm iqtisadi, həm də ekoloji dayanıqlılığa töhfə verir və bu sahədə lider mövqeyini möhkəmləndirir.
PAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladıPAŞA Bank, EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı/ banker.az

Banklar     Tarix: 08 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya