"PAŞA Bank" gənclər üçün növbəti öyrənmə marafonu təşkil edir

Ölkənin aparıcı korporativ maliyyə instutu olan "PAŞA Bank", gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.
Belə ki, Bank, kompüter elmləri və proqramlaşdırma sahəsi üzrə ixtisaslaşmış ali məktəb məzunları və son kurs tələbələri üçün "DevZone" öyrənmə marafonunu keçirməyi planlayır. Bu marafon çərçivəsində iki ay müddətində "back-end" proqramlaşdırma üzrə təlimlərin və mentorluq sessiyalarının təşkil olunması nəzərdə tutulur.
"DevZone" öyrənmə marafonuna seçimlər iki hissədən ibarət olacaq. İştirakçılardan ilk mərhələdə "Hackerrank" platformasında verilən tapşırıqları həll etmək tələb ediləcək. Bu mərhələdə ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı növbəti mərhələ olan müsahibə mərhələsinə keçid alacaq.
"PAŞA Bank"ın yüksək ixtisaslı peşəkarları tərəfindən keçirilən təlimlərdə iştirak etmək, onların zəngin təcrübəsindən bəhrələnmək istəyirsinizsə, aprel ayının 8-dək müraciətinizi ünvanlamağa tələsin.
Qeyd edək ki, test mərhələsinə qatılmaq üçün platformaya kompüterdən daxil olmaq lazımdır. "Hackerrank"ın artıq istifadəçisi olan şəxslərdən platformaya istifadəçi məlumatları ilə daxil olmaq xahiş olunur. Platformadan ilk dəfə istifadə edən şəxslərdən səhifənin sonunda yerləşən formanı dolduraraq qeydiyyatdan keçmək tələb edilir.
"Hackerrank" platformasına bu səhifədən  keçid etmək mümkündür. Qeydiyyat forumu səhifənin sonunda yerləşdirilib. / banker.az

Banklar     Tarix: 06 aprel 2023

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin emlak xeberleri biznes krediti dollar məzənnəsi