"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. Banker.az xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 2026-cı il noyabrın 16-da keçiriləcək.
Bankın bildirişinə əsasən, gündəliyə kapital artımı ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi və həmin dəyişikliyə razılıq alınması üçün Azərbaycan Mərkəzi Bankına müraciət olunması daxildir. Qərarın icrası, sənədlərin imzalanması və aidiyyəti qurumlara müraciət səlahiyyətlərinin İdarə Heyətinin sədri Cavid Quliyevə həvalə edilməsi də nəzərdə tutulur.
Səsvermə Milli Depozit Mərkəzinin İnvestor Portalı vasitəsilə qiyabi keçiriləcək. Səhmdarlar oktyabrın 19-dan noyabrın 15-dək elektron qaydada səs verə biləcəklər. Səslər noyabrın 16-da sayılacaq.
Xatırladaq ki, "PAŞA Bank"ın IPO çərçivəsində 932 926 ədəd adi, adlı səhminin yerləşdirilməsi 2026-cı il iyunun 19-da başa çatıb. Bankın açıqlamasına görə, 51,3 milyon manatlıq təklifə qarşı təxminən 66,3 milyon manatlıq sifariş daxil olub. Abunə yazılışında 18 minə yaxın investor iştirak edib.
Həmin emissiyada bir səhmin nominal dəyəri 20 manat, yerləşdirmə qiyməti isə 55 manat müəyyən edilmişdi. Buraxılışın tam yerləşdirilməsi nizamnamə kapitalının 18,66 milyon manat və ya 5,26% artırılaraq 354,51 milyon manatdan 373,17 milyon manata çatdırılmasını nəzərdə tuturdu. Yeni investorların bankın səhmlərində payı 5% təşkil edirdi. Hazırda Bakı Fond Birjasında bankın səhmlərinin birinin satış qiyməti 52.94 manat təşkil edir.

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
İlon Mask kimdir?
Kriptovalyuta nədir və necə alınır?
Mcdonalds françayzinqi neçiyədir?
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın ən dəyərli avtomobil şirkətləri