PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçiribÖlkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank real sektor nümayəndələri üçün səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi mövzusunda ilk tədbirini keçirib.
Banker.az xəbər verir ki, tədbirin məqsədi sahibkarları kapital bazarlarının təqdim etdiyi imkanlarla tanış etmək, eyni zamanda PAŞA Bank-ın səhmləri və IPO mexanizmi barədə daha aydın və praktik məlumat təqdim etmək olub.
13 fevral 2026-cı il tarixində baş tutan tədbirdə iştirakçılara kapital bazarlarının imkanları, IPO mexanizmi, eləcə də PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsi prosesi və investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. 100-dən artıq sahibkarın iştirak etdiyi görüşdə bank sektoru, kapital bazarları və tənzimləyici dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb, real bazar təcrübələri və praktiki yanaşmalar paylaşılıb.
Tədbirdə çıxış edən PAŞA Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev IPO-nun strateji əhəmiyyətini vurğulayıb:
"PAŞA Bank olaraq IPO-ya çıxmağımız uzun illər ərzində formalaşdırdığımız dayanıqlı inkişaf modelinin növbəti mərhələsidir. Bu addımla biz həm Bankın şəffaflıq və korporativ idarəetmə standartlarını daha da gücləndirir, həm də illər ərzində yaratdığımız dəyəri daha geniş investor çevrəsi ilə paylaşmağa hazır olduğumuzu göstəririk," – deyə Cavid Quliyev bildirib.
C. Quliyev əlavə olaraq qeyd edib ki, PAŞA Bank uzun illərdir üzərində sistemli şəkildə çalışdığı strategiya çərçivəsində kapital bazarlarının inkişafını və qiymətli kağızlar bazarının dərinləşdirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Onun sözlərinə görə, Bankın IPO-ya planlı şəkildə hazırlanması da məhz bu uzunmüddətli yanaşmanın tərkib hissəsidir.
Qeyd edək ki, PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. PAŞA Bank Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri "International Investor Magazine" tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" – adına layiq görülüb.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə "Euromoney", "International Investor Magazine" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən "Ən yaxşı KOS Bankı" və "World"s Best Private Banks 2025" titullarına layiq görülüb. Eyni zamanda, Bank 2025-ci ildə "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Banklar     Tarix: 14 fevral 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler valyuta mezennesi investisiya emlak xeberleri dollar kursu