"PAŞA Bank" "Kiçik sahibkarlar, böyük hədəflər" layihəsini uğurla həyata keçirib

®Sosial məsuliyyətli korporativ vətəndaş olan "PAŞA Bank" Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələrin gerçəkləşdirilməsi ilə bağlı təşəbbüslərini davam etdirir.
Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bilim Bakı" mərkəzi və "YAŞAT" Fondu ilə birgə "Kiçik sahibkarlar, böyük hədəflər" adlı layihə həyata keçirib. Şəhid ailələrinin və "PAŞA Bank" əməkdaşlarının övladları üçün hazırlanan layihə iştirakçıların sahibkarlıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyib.
4-31 may 2025-ci il tarixində baş tutan layihə çərçivəsində 10-14 yaşlı 100 şagirdə təlim keçilib. Dərslər zamanı "Bilim Bakı" mərkəzinin təcrübəli müəllimləri uşaqlara sahibkarlıq strukturu, növləri və strategiyaları haqqında məlumatlar təqdim ediblər. Ümumi proqram və mentorluq dərsləri tamamlandıqdan sonra, komandalar öz hazırladıqları məhsulları layihənin bağlanış mərasimində təqdim ediblər. Məhsullar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər seçilib və ilk 3 qalib komanda xüsusi hədiyyələrlə mükafatlandırılıb.
"Layihə iştirakçılara sahibkarlıq sahəsində biliklər qazandırmaqla yanaşı, onların yaradıcılıq və strateji düşünmə bacarıqlarını da inkişaf etdirib. Bu təcrübənin iştirakçılar üçün faydalı olacağına inanırıq. Məqsədimiz gənc nəsli təşəbbüskarlığa, yaradıcılığa və liderlik bacarıqlarına təşviq edərək onların gələcəkdə daha uğurlu və fəal olmalarına dəstək olmaqdır," – deyə, "PAŞA Bank"ın İnsan resursları üzrə baş direktoru Zibeydə Haciyeva bildirib.
Qeyd edək ki, "PAŞA Bank"ın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində bu növ təşəbbüslərin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.
/ banker.az

Banklar     Tarix: 02 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti