PAŞA Bank növbəti dəfə "SIBOS" beynəlxalq sərgisində iştirak edib
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" növbəti dəfə "SIBOS" beynəlxalq sərgisində iştirak edib.
18-21 sentyabr tarixlərində Kanadanın Toronto şəhərində keçirilən sərgi beynəlxalq maliyyə icmasının 9000-dən çox üzvünü bir araya gətirib. "Fraqmentləşmiş dünyada vahid maliyyə" mövzusuna həsr olunan builki sərgidə 500-dən çox spiker 250-dən artıq sessiyada dayanıqlı və inklüziv maliyyə sənayesinin gələcəyini qurmaq üçün öz təcrübəsini iştirakçılarla bölüşüb.
Qeyd edək ki, "PAŞA Bank", ənənəvi olaraq keçirilən "SIBOS" sərgisinə qatılmaqla ən yaxşı beynəlxalq təcrübələri mənimsəməyi, yerli maliyyə bazarında ən müasir trendləri daha da əlçatan etməyi hədəfləyir. / banker.az
Enerji xərclərinizi "Unibank"la azaldın
Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək