"PAŞA Bank" nüfuzlu "İNMerge" İnnovasiya Sammitinin platin sponsorudur

®Aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" regionun ən böyük innovasiya tədbiri olan "İNMerge" sammitində iştirak edir.
"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən bu tədbir dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Beynəlxalq sammit rəqəmsal ekosistemin inkişafına töhfə vermək, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi aparmaq və faydalı əməkdaşlıq qurmaq üçün mükəmməl bir platformaya çevirilib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bu il sammitdə "PAŞA Bank" Əlavə Dəyər Xidmətlərinə (Value-Added Services, VAS) həsr olunmuş vertikalın sponsorudur.
Əlavə Dəyər Xidmətləri dünyada geniş istifadə edilən qeyri-maliyyə xidmətləridir. Onlar şirkətin və ya bankın əsas məhsul və xidmətlərini tamamlayır. Bu istiqamət, istifadəçi təcrübəsini artıraraq və biznes sahiblərinə əlavə rəqabət üstünlüyü verərək, əsas məhsul və xidmətlərin dəyərini yüksəldir. Əlavə Dəyər Xidmətləri gündəlik tələbat malları, telekom, bankçılıq və digər sahələrdə fəal şəkildə istifadə olunur.
"PAŞA Bank", Azərbaycandakı biznes sahiblərinə Əlavə Dəyər Xidmətlərinin üstünlüklərini tanıtmaq və yerli bazarda məlumatlılığı artırmaq üçün "Nestle", "KOOP Ventures", "SupplierPlus", "International Dgpays Group" və bir sıra qlobal şirkətləri təmsil edən aparıcı beynəlxalq ekspertləri sammitə dəvət edib.
Sammit zamanı, mütəxəssislər bu istiqamətin inkişaf perspektivləri, Azərbaycan bazarında istifadəsi və konkret nümunələri müzakirə edəcək və real sektorun nümayəndələrinin suallarını cavablandıracaqlar.
Etibarlı maliyyə tərəfdaşı olaraq, "PAŞA Bank", korporativ sektoru və Əlavə Dəyər Xidmətləri seqmentini inkişaf etdirmək, eləcə də Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək məqsədilə layihələrin və ideyaların həyata keçirilməsini davam etdirməyi planlaşdırır. / banker.az

Banklar     Tarix: 10 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler leobank kart biznes xeberleri bitkoin almaq biznes qurmaq