"PAŞA Bank" POS-terminalları ilə xarici kartlarla xarici valyutada ödənişlərdən gəlir əldə edin
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" beynəlxalq ödənişlərin rahat və gəlirli olmasını təmin edən yeni kampaniyaya start verir.
Kampaniya çərçivəsində, 31 dekabr 2025-ci il tarixinədək Bankın POS-terminalları vasitəsilə xarici kartlarla xarici valyutada ödəniş qəbul edən bizneslər əlavə qazanc əldə edəcəklər. Belə ki, bu dövr ərzində xarici kartlarla xarici valyutada aparılmış ödənişlərin 1%-i yanvar ayında sahibkarın biznes hesabına keşbek kimi geri qaytarılacaq.
Qeyd edək ki, Bankın təqdim etdiyi POS-terminallar biznes sahiblərinə xarici müştərilərin kartlarından ödənişləri kartın öz valyutasında qəbul etmək imkanı yaradır ki, bu da həm rahatlıq, həm də şəffaflıq baxımından üstünlük təmin edir. Ətraflı məlumat almaq və sifariş etmək üçün linkə keçid edin.
"PAŞA Bank" sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib, həmçinin "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, "PAŞA Bank" bu il "Global Finance" nəşri tərəfindən təqdim edilən "World"s Best Private Banks 2025" mükafatlarının qaliblərindən biri olaraq tanınıb. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?