PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
®Bu bahar PAŞA Bank sahibkarlar üçün yeni fürsətlər gətirir. Müştərilər artıq nəinki endirimli şərtlərlə kreditlər, həm də Tarifim məhsulu daxilində pulsuz köçürmələr və valyuta mübadiləsi edə bilərlər.
Belə ki, bank 19 fevraldan başlayaraq 1 ay müddətində onlayn biznes kreditinə 1% faiz endirim təklif edir. Kampaniya dövründə sahibkarlar girovsuz, tamamilə onlayn şəkildə 250,000 AZN-dək biznes kreditlərini 13 %-dən deyil, 12%-dən başlayaraq əldə edə biləcəklər. Üstəlik, kredit almış sahibkarlar 1 milyon AZN-dək ölkədaxili köçürmələrini və 250,000 AZN-dək valyuta mübadiləsi əməliyyatlarını da tam pulsuz icra edəcəklər.
Əlavə olaraq, PAŞA Bank-ın müştəriləri eyni tarixlərdə faktorinq məhsuluna 0.5% illik faiz endirimi və ya 0.5% komissiya endirimi, eləcə də ticarət kredit xətti üzrə 0.5% illik komissiya endirimi əldə edə biləcəklər.
Təklif sahibkarlara maliyyə imkanlarını artırmaq, xərcləri azaltmaq və bizneslərini daha rahat idarə etmək imkanı verir. 19 martadək davam edən kampaniya mikro, kiçik və orta bizneslər, eləcə də fərdi sahibkarlar üçün keçərlidir. Ətraflı məlumat almaq və bu fürsətdən istifadə etmək üçün linkə keçid edin.
Xatırladaq ki, PAŞA Bank beynəlxalq maliyyə nəşri "International Investor Magazine" tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" – adına layiq görülüb. Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə "Euromoney", "International Investor Magazine" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən "Ən yaxşı KOS Bankı" və "World"s Best Private Banks 2025" titullarına layiq görülüb. Eyni zamanda, bank 2025-ci ildə "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Cash Back nədir?
Françayzinq nədir və necə olur?
Necə Bitcoin almaq olar?
SMM nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt