"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir

®11 mart 2026-cı il tarixində ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan "PAŞA Bank" ilə "PAŞA Kapital" (baş anderrayter qismində), "Unicapital" və "ABB Invest" broker şirkətləri arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.
Sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) üzrə səhmlərin yerləşdirilməsi çərçivəsində potensial investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Razılaşmaya əsasən, investorlar "PAŞA Bank"ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər.
İnvestorlar səhm alışının bütün mərhələlərini bu investisiya platformaları vasitəsilə tam şəkildə onlayn həyata keçirə biləcəklər. Buraya investisiya hesabının açılması, sifarişlərin verilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunması daxildir. "PAŞA Bank" səhmlərinin bir neçə platforma üzərindən satışa çıxarılması həm şəffaf yanaşmanı təmin edir, həm də geniş investor auditoriyasının səhmlərə rahat və əlçatan çıxışını mümkün edir.
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, bankın bir neçə aparıcı broker şirkəti ilə əməkdaşlığı, investorlara "PAŞA Bank"ın səhmlərini daha rahat platforma vasitəsilə əldə etmək imkanı yaradır.
"Əminəm ki, "PAŞA Bank"ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi (IPO) üzrə yerləşdirilməsi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan bir addım kimi görürük. Səhm əldə etmək istəyən investorlar "PAŞA Bank", "PAŞA Kapital", "Birbank Invest", "ABB Invest" və "Unicapital" platformaları vasitəsilə IPO-da iştirak edə biləcəklər," — deyə o bildirib.
Xatırladaq ki, IPO çərçivəsində bank investorlar üçün səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk IPO olacaq.
Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ, kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi, həm ənənəvi, həm də rəqəmsal bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 11 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar məzənnəsi dollar manat kursu biznes ideyalari dollar mezenne