"PAŞA Bank" "SIBOS 2024" Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 21 oktyabr 2024-cü il tarixində başlayan "SIBOS 2024" Bankçılıq Konfransında iştirak edir.
24 oktyabra qədər davam edəcək bu tədbir, beynəlxalq maliyyə icması üçün xüsusi önəm daşıyır və hər il dünyanın aparıcı maliyyə təşkilatlarını, fintexləri və müstəqil ekspertləri bir araya gətirərək məhsuldar müzakirələr və əməkdaşlıq imkanlarını təqdim edir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"SIBOS" Bankçılıq Konfransında "Maliyyənin gələcəyinin əlqələndirilməsi" mövzusu çərçivəsində dünya bank sektorundakı yeni trendlər, çağırışlar və onların həlli yolları müzakirə olunacaq. Həmçinin, müasir bankçılıq trendləri, risklərin idarə edilməsi və rəqəmsal transformasiya kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
"PAŞA Bank"ın İdarə heyətinin üzvü və baş maliyyə inzibatçısı, Murad Süleymanov, tədbirin müstəsna əhəmiyyətini qeyd edərək, bu platformanın bankçılıq və maliyyə sektoru icmasının ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələri və əməkdaşlığı, qlobal tendensiyaların nəzərdən keçirilməsi üçün mühüm bir məkan olduğunu bildirib.
"SIBOS yalnız müzakirə müstəvisi deyil, eyni zamanda innovasiyaların və əməkdaşlığın təşviq edildiyi əhəmiyyətli bir platformadır. Konfransda əldə olunan təcrübələr və əlaqələr bankın strateji inkişafına töhfə verir, eləcə də müştəri xidmətlərinin inkişafına dəstək göstərir. "PAŞA Bank"ın beynəlxalq maliyyə ictimaiyyətindəki mövqeyini gücləndirmək məqsədilə bu cür tədbirlərdə iştirakı vacibdir. Bu, yeni texnologiyaların və trendlərin bankçılıq sahəsinə inteqrasiyası, bankın müasir rəqabət mühitində daha çevik və innovativ olmasında əhəmiyyətli rol oynayır," deyə, Süleymanov qeyd edib.
"PAŞA Bank", Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan "SIBOS" Bankçılıq Konfransına 15-ci dəfə qatılır. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İKEA şirkətinin tarixi
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər