"PAŞA Bank" sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 18 noyabr 2025-ci il tarixində "II İllik Sindikativ Kreditlər Forumu"nu keçirib.
Tədbirdə yerli sindikativ kredit bazarının inkişaf istiqamətləri, xarici bankların təcrübəsi və bu prosesdə rolu, lokal bazarda beynəlxalq maliyyə institutlarının iştirak perspektivləri, bazarda mövcud çağırışlar və yeni imkanlar, eləcə də bazarın inkişafı üçün praktiki həllər və yol xəritəsi müzakirə olunub.
Forumda çıxış edən "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, tədbir sindikativ kredit bazarının inkişafı üçün vacib müzakirə platformasıdır və burada aparılan fikir mübadiləsi bazarın gələcək istiqamətinə töhfə verir. O vurğulayıb ki, sindikativ kreditlərin inkişafı zəruridir və məqsəd bu aləti müştərilərin güvənəcəyi davamlı və effektiv maliyyələşmə vasitəsinə çevirməkdir. Süleymanov həmçinin qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatda yeni layihələr bazarın potensialını artırır, aparıcı reytinq agentliklərinin ölkənin investisiya dərəcəsini yüksəltməsi isə xarici sindikativ kreditləri daha da cəlbedici edir.
Qeyd edək ki, tədbirdə 100-ə yaxın yerli və beynəlxalq bank və maliyyə institutlarının nümayəndələri, korporativ sektor və hüquqi xidmət sahələrinin ekspertləri iştirak edib. İştirakçılar interaktiv sessiyalar vasitəsilə suallarına cavab tapmaq və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
"PAŞA Bank" son illər alternativ maliyyələşmə imkanlarının artırılması istiqamətində fəal təşəbbüslər həyata keçirir. Bank tərəfindən 2024-cü ildə "Azərbaycanda sindikat kreditləşmə" və "Azərbaycanda alternativ investisiyalar" mövzusunda keçirilən tədbirlər də bu ekosistemin formalaşmasına töhfə verib.
2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" seçilib, həmçinin "Stevie Awards"–da "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub və "Global Finance" nəşri tərəfindən təqdim olunan "World"s Best Private Banks 2025" mükafatının qaliblərindən biridir. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?