PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU

PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDUPAŞA Bank ilk dəfə olaraq səhmlərini geniş ictimaiyyətlə bölüşür və bununla ölkənin aparıcı özəl bankdan pay almaq imkanı verir. 
Bankdan Marja.az-a bildirilib ki, İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur.
Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib (nominal qiyməti 20 manatdır - red), minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. 
Beləliklə, "PAŞA Bank" səhmlərinin 5 faizini satmaqla 51 milyon 311 min manat cəlb etməyi hədəfləyir. 
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. 
Qeyd edilib ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək. 
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin. 
Bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-sudur və ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.  
Beynəlxalq reytinq agentliyi Standard & Poors 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini "BB-/B" səviyyəsində "Pozitiv" proqnoz ilə təsdiqləyib. Bank eyni zamanda International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub. 
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir. 
Həmçinin oxu
"PAŞA Bank"dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı

Banklar     Tarix: 06 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya