"PAŞA Bank" ümummilli lider Heydər Əliyevə həsr olunan "Növbəti 100 il" adlı rəqəmsal incəsənət müsabiqəsini elan edir

®Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank", yaradıcı şəxslərin gələcəyə baxışlarını sərgilədikləri rəqəmsal incəsənət müsabiqəsini elan edir.
Müasir Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın firavan gələcəyi ilə bağlı arzularının real dövrdə gerçəkləşdiyinin şahidiyik. Dahi liderin uzaqgörən siyasət və müasir təfəkküründən ilhamlanaraq "PAŞA Bank", yaradıcı şəxsləri ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə çağırır.
Odur ki, "PAŞA Bank" müsabiqə çərçivəsində iştirakçılardan təxəyyüllərinə sərhəd qoymadan, "Növbəti 100 il" adlı rəqəmsal incəsənət müsabiqəsinə qoşulmağa, gələcək Azərbaycana dair yanaşmalarını vizuallaşdırmağa dəvət edir.
Müsabiqənin şərtlərinə əsasən iştirakçılardan yaratdıqları əsərləri 10 may – 10 iyun tarixləri arasında təqdim etmələri tələb olunur. Tələblərə uyğun gələn əsərlər Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. İlk 3 yerin qalibləri müvafiq olaraq 5000 AZN, 3000 AZN, 1000 AZN dəyərində mükafat ilə təltif olunacaqlar.
Müsabiqə haqqında ətraflı məlumatı  veb-saytından əldə etmək mümkündür.
"PAŞA Bank", fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyən "PAŞA Bank",  hər kəsi müsabiqəyə qatılmağa və öz yaradıcı potensialını sərgiləməyə səsləyir! / banker.az

Banklar     Tarix: 10 may 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq