"PAŞA Bank" "Xəzinədarlıq törəmə maliyyə alətlərinin təqdimatı" adlı seminar keçirib

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" müştərilərini törəmə maliyyə alətləri üzrə təqdim etdiyi xidmətlər və onların tətbiq imkanları ilə daha geniş şəkildə tanış etmək məqsədilə "Xəzinədarlıq törəmə maliyyə alətlərinin təqdimatı" adlı seminar təşkil edib.
3 iyun 2025-ci il tarixində Bakıda keçirilmiş tədbirdə iştirakçılara törəmə maliyyə alətlərinin funksional imkanları, bu alətlərin gündəlik maliyyə əməliyyatlarında istifadəsi və potensial faydaları barədə ətraflı məlumat təqdim olunub. "PAŞA Bank"ın təcrübəli mütəxəssisləri törəmə maliyyə alətlərinin müasir maliyyə idarəçiliyində rolu, xüsusilə bazar volatilliyi şəraitində risklərin effektiv idarə olunması, gəlirlərin qorunması və investisiya portfellərinin diversifikasiyası baxımından strateji əhəmiyyətini əhatəli şəkildə izah ediblər. Təqdimat zamanı həm fərdi, həm də korporativ və institusional investorlar üçün nəzərdə tutulan məhsul və həllər barədə geniş informasiya paylaşılıb.
Seminar çərçivəsində nümayiş etdirilən vizual materiallar və tematik təqdimatlar iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb və tədbirin praktiki dəyərini daha da artırıb. Tədbirdə keçirilmiş interaktiv sual-cavab sessiyası isə iştirakçılara bankın ekspertləri ilə birbaşa dialoq qurmaq, praktiki məsələləri müzakirə etmək və fərdi məsləhətlər almaq imkanı yaradıb.
Tədbirdə çıxış edən "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov seminarın əsas məqsədinin ölkədə törəmə maliyyə alətlərinin inkişafına və müştərilərin müvafiq praktiki biliklərinin dərinləşdirilməsinə töhfə vermək olduğunu bildirib.
"Törəmə maliyyə alətləri sahəsində təqdim etdiyimiz həllər müştərilərimizə risklərin effektiv şəkildə idarə olunması, dəyişən bazar mühitinə çevik adaptasiya və əsaslandırılmış investisiya qərarları qəbul etmək üçün geniş imkanlar yaradır. PAŞA Bank bu istiqamətdə təşəbbüslərini gələcəkdə də davam etdirmək niyyətindədir," – deyə Murad Süleymanov bildirib.
Qeyd edək ki, seminarda 100-dən çox biznes nümayəndəsi, maliyyə mütəxəssisi və investor iştirak edib.
/ banker.az

Banklar     Tarix: 04 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti