"PAŞA Bank" yerli bazarda iri həcmli sindikat krediti təqdim etdi

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" yerli bazarda mühüm bir sindikat kredit əqdi bağlayıb. 16.3 milyon AZN məbləğində olan bu kredit əqdi yerli tənzimləyici tələblərə uyğun və beynəlxalq standartlara əsasən (LMA standartları) təşkil edilib.
"PAŞA Bank", təşkilatçı bank qismində çıxış edərək, digər maliyyə institutların iştirakı ilə sindikat kredit vəsaitlərini iqtisadiyyatımızın real sektorunda fəaliyyət göstərən iki şirkətə – "AZƏRMAŞ" ASC və "İRŞAD Electronics" MMC-yə ayırıb.
Bu əqd, Azərbaycan bazarı üçün mühüm yenilik olmaqla yanaşı, yerli maliyyə sektorunun inkişafında böyük bir addımdır.
"PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyev bu nailiyyəti belə şərh edib:
"Maliyyə resurslarının əlçatanlığı istənilən biznesin inkişafında əsas amillərdən biridir. Bugünə qədər "PAŞA Bank" alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cü ildə Bank "Azərbaycanda sindikat kreditləşmə" və "Azərbaycanda alternativ investisiyalarla tanışlıq" adlı tədbirlərə ev sahibliyi edib. Məqsədimiz, yerli maliyyə sektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır.
Bu təşəbbüslərin məntiqi davamı olaraq, yeni beynəlxalq standartlar və müəyyən edilmiş qanunvericilik normalarına uyğun olaraq, bu uğurlu addım atılıb. Əvvəllər kredit məhsullarımızın əsasını ənənəvi maliyyələşmə növləri təşkil edirdisə, indi biz imkanlarımızı şaxələndirərək, korporativ müştərilər və KOS üçün sindikatlaşdırılmış kreditlər cəlb etmək imkanını təqdim edirik.
Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, həyata keçirilən bu əqd, fəaliyyətimizin bu istiqamətdə ilk bəhrəsidir və Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcəkdir", – deyə, C. Quliyev vurğulayıb. / banker.az

Banklar     Tarix: 06 yanvar 2025

Oxşar xəbərlər

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın


iqtisadi xeberler bitcoin telefonla pul qazanmaq valyuta mezennesi biznes xeberleri