"PAŞA Bank"da "Femmes Digitales" İB-nin mentorları ilə görüş keçirilib

®Cəmiyyətdə qadınların rolunun gücləndirilməsinə yönəlmiş tədbirlərin təşəbbüskarı olan "PAŞA Bank", "Femmes Digitales" İctimai Birliyinin mentorları ilə görüşüb.
Sentyabr ayının 27-də baş tutan görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları ilə görüşən "PAŞA Bank"ın idarə heyətinin üzvü və baş risk inzibatçısı Xəyalə Nağıyeva, Bankın qadın sahibkarlığının və gender bərabərliyinin təşviqi istiqamətindəki fəaliyyətindən danışıb. O, təşkilatlarda risk mədəniyyətinin qurulmasının vacibliyindən, eləcə də rəqəmsal bankçılıq sahəsində risklərin doğru şəkildə idarə edilməsinin əhəmiyyətindən bəhs edib və bu sahədə öz təcrübəsini bölüşüb.
"PAŞA Bank"ın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov öz növbəsində Bankın rəqəmsal inkişaf strategiyasından danışıb. O, Bankın ən müasir texnoloji maliyyə vasitələrinin əlçatanlığının artırılması və bazara yeni rəqəmsal həllərin təqdim edilməsi istiqamətindəki fəaliyyətinə də toxunub.
"PAŞA Bank"ın Pərakəndə Bankçılıq departamentinin Rəqəmsal məhsullar şöbəsinin rəhbəri və "Femmes Digitales" İctimai Birliyinin həmtəsisçisi Şəhla Məmmədova Bankın rəqəmsal məhsulların hazırlanması sahəsindəki təcrübəsindən danışıb.
Həmçinin görüş iştirakçıları rəqəmsal məhsulların hazırlanması prosesi və onların tətbiqi vasitəsilə ən yaxşı müştəri təcrübəsinə nail olmağın yolları ilə də tanış olublar.
Qeyd edək ki, bu görüş klubun mentorluq proqramı çərçivəsində keçirilib. Ötən ilin oktyabr ayından başlayan bu proqram, peşəkar mentorların bələdçiliyi ilə klub üzvlərinə karyera çağırışlarının öhdəsindən gəlməkdə, arzularına reallaşdırmaq üçün istiqamətləndirməkdə yardımçı olur.
Xatırladaq ki, "PAŞA Bank", bütün fəaliyyət sahələrində gender bərabərliyinin təşviq edilməsinə yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirilməsinə dəstək verib. "S.H.E – Beynəlxalq Qadınlar konqresi", "Scale up" biznes akselerator proqramı və "womENcourage" beynəlxalq konfransı bu tədbirlər sırasındadır.
/ banker.az

Banklar     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri biznes ideyalari biznes xeberleri