"PAŞA Bank"dan kredit reytinqinin yüksəldilməsilə bağlı açıqlama

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bankların və qeyri-maliyyə institutlarının kredit reytinqinə dair hazırladığı hesabatın nəticələrini açıqlayıb.
"PAŞA Bank"ın yaydığı məlumatda bildirilir ki, 20 dekabr 2023-cü il tarixində agentlik Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın reytinqini yenidən qiymətləndirərək, emitentin uzunmüddətli reytinqini "B+" səviyyəsindən "BB-" səviyyəsinə yüksəldib, reytinqin proqnozunu isə "sabit" kimi qiymətləndirib.
Reytinqin yüksəldilməsi "PAŞA Bank"ın kredit profilinin güclənməsi, aktivlərinin keyfiyyətinin inkişafı, sabit maliyyələşmə bazası, artan gəlirlilik və kapital müşahidələrindən irəli gəlir.
Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir. 
"PAŞA Bank"ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyevin sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə kredit reytinqinin yüksəldilməsi Bankın bu il ərzində əldə etdiyi mühüm nailiyyətlərdən biridir.
"Öz müştərilərinin biznes ehtiyaclarını hərtərəfli qarşılamaq məqsədi ilə "PAŞA Bank" 2023-cü ildə innovativ məhsulların bazara təqdim edilməsinə, korporativ və risk idarəetməsinə, İT infrastrukturunun genişləndirilməsinə və başqa sahələrə böyük həcmdə sərmayələr yatırmağa davam etmişdir. Hesab edirəm ki, "S&P Global Ratings" tərəfindən reytinqimizin "BB-" səviyyəsinə kimi yüksəldilməsi "PAŞA Bank"da tətbiq edilən biznes yanaşmasının uğurunun mühüm bir göstəricisidir. "PAŞA Bank" dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq, 2024-2026 illəri əhatə edən İnkişaf Strategiyasında da Azərbaycan iqtisadiyyatının şəxaləndirilməsinə və qeyri-neft seqmentinin inkişafına öz töhfəsini verməyə davam etməyi hədəfləyir", - deyə, B. Nağıyev bildirib. / marja.az

Banklar     Tarix: 25 dekabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne