"PAŞA Bank"ın dəstəyi ilə keçirilən "Techstars Startup Weekend Fintech Baku" tədbiri başa çatıb
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" istedadlı gənclərin potensialının üzə çıxarılması istiqamətindəki fəaliyyətini davam etdirir. Belə ki, Bank, 4-6 noyabr tarixlərində baş tutan "Techstars Startup Weekend Fintech Baku" müsabiqəsinin keçirilməsinə dəstək göstərib.
"SUP VC" şirkətinin təşkilatçılığı ilə üç gün davam edən müsabiqəyə 10 komanda qatılaraq, innovativ texnologiyalar əsasında irəli sürdükləri ideyalar üzərində işləyiblər. Bununla da, komandalar "PAŞA Bank" əməkdaşları da daxil olmaqla, müxtəlif sənaye sahələrindən olan peşəkarların bələdçiliyi ilə maliyyə dünyasının çağırışlarını aradan qaldırmaq üçün real həllər yaratmaq istiqamətində öz qüvvələrini sınayıblar.
Beləliklə də, "ABC", "Reapers" və "Peersonal" komandaları "Techstars Startup Weekend Fintech Baku" müsabiqəsinin qalibi seçiliblər. Onlar müvafiq olaraq geyim dizaynı, kriptovalyuta və onlayn təlim-tədris platformaları üzrə maraqlı həllər təqdim ediblər.
Xatırladaq ki, "PAŞA Bank", ənənəvi olaraq təşkil edilən "PASHA Bank Cup" müsabiqəsi, "hackathon"lar və müxtəlif məlumatlandırıcı sessiyalar keçirməklə, cəmiyyətin və gənclərin tərəqqisinə öz töhfəsini verir. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?