"PAŞA Bank"ın təşkil etdiyi "Növbəti 100 il" rəqəmsal incəsənət müsabiqəsində iştirak üçün son 10 gün
®Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın təşkil etdiyi "Növbəti 100 il" rəqəmsal incəsənət müsabiqəsi davam edir.
Belə ki, 10 iyun tarixinədək davam edən müsabiqədə "PAŞA Bank" iştirakçılardan təxəyyüllərinə sərhəd qoymadan ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə çağırır.
Tələblərə uyğun gələn əsərlər Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. İlk 3 yerin qalibləri müvafiq olaraq 5000 AZN, 3000 AZN, 1000 AZN dəyərində mükafat ilə təltif olunacaqlar.
Müsabiqə haqqında ətraflı məlumatı veb-saytından əldə etmək mümkündür.
"PAŞA Bank", fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyən "PAŞA Bank", hər kəsi müsabiqəyə qatılmağa və öz yaradıcı potensialını sərgiləməyə səsləyir! / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
McDonalds haqqında maraqlı faktlar
Marketinq nə demədir?