"PAŞA Bank"ın təşkil etdiyi "Rəqəmsal Zirvələr 2023" beynəlxalq konfransına start verildi

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın təşkil etdiyi "Rəqəmsal Zirvələr 2023" beynəlxalq konfransına start verilib. 6-7 dekabr tarixlərində "Hədəfi zirvə olanın fokusu bizdədir" devizi altında keçirilən və böyük marağa səbəb olan tədbir texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini Azərbaycan bazarında tətbiq etmək üçün geniş imkanlar yaradır.
Builki "Rəqəmsal Zirvələr" beynəlxalq konfransınıa bir çox aparıcı məhsul sahibləri, dizaynerlər, data və İT ekspertlər, beynəlxalq mütəxəssislər və 600-dan çox iştirakçı qatılıb. "DevOps", "Product Hunt", data və dizayn istiqamətlərini əhatə edən konfransda iştirak edən mütəxəssislər cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşır, həmçinin fikir mübadiləsi aparırlar. Tədbir çərçivəsində müxtəlif aktual mövzular üzrə panel diskussiyaları və sual-cavab sessiyaları keçirilir.
Bu ilin "Rəqəmsal Zirvələr" konfransında öz çıxışı ilə "Google", "Mastercard Canada", "Monzo", "Shift" və bu kimi digər texnoloji nəhəng korporasiyaların, rəqəmsal bankların və platformaların təmsilçiləri spiker qismində çıxış edirlər.
Konfrans hibrid formatda keçirilir və tədbiri canlı olaraq "YouTube" sosial şəbəkəsi üzərindən izləmək mümkündür:
Rəqəmsal Zirvələr 2023 | DevOps
Rəqəmsal Zirvələr 2023 | Data
Rəqəmsal Zirvələr 2023 | Dizayn
Rəqəmsal Zirvələr 2023 | Product Hunt
Qeyd edək ki, "Rəqəmsal Zirvələr" beynəlxalq konfransı "PAŞA Bank" tərəfindən 2021-ci ildən etibarən keçirilir. Bank maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir. / banker.az

Banklar     Tarix: 06 dekabr 2023

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart valyuta kurslari biznes qurmaq telefonla pul qazanmaq