"PAŞA Bank"ın təşkilatçılığı ilə COP29 çərçivəsində panel keçirilib

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir.
14 noyabrda COP29 Sədrliyinin idarəçiliyi altında Mavi Zonada "PAŞA Bank"ın təşkilatçılığı ilə "İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu" adlı panel təşkil edib.
Paneldə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, "PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, "Deloitte Netherlands" şirkətinin partnyoru İvan Kuxnin, "Mizuho Bank"ın dayanıqlı maliyyə həlləri üzrə direktoru Selia Prays və moderator qismində "EY Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev iqlim maliyyəsinin rolu və karbon emissiyalarının azaldılması kimi mövzuları müzakirə ediblər.
Paneldə çıxış edən Cavid Quliyev vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edərək tarixi bir dövrü yaşayır:
"200-ə yaxın ölkə nümayəndələri Azərbaycana gələrək, bu əhəmiyyətli tədbir çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə dövlətlərarası çoxşaxəli bir dialoq qururlar. Bu mühüm mövzular arasında bank sektorunun iqlim dəyişikliyi ilə bağlı qarşılaşdığı çətinliklərə də xüsusi diqqət yetirilir. Azərbaycanın yaşıl keçidini maliyyələşdirmək üçün Azərbaycan Banklar Assosiasiyası, bank icması adından 2 milyard AZN vəsait ayırmağa öhdəlik götürmüşdür və bu gün bu mövzu üzrə "PAŞA Bank" tərəfindən təşkil olunmuş xüsusi panel müzakirəsinə dəvət edilmiş ekspertlərlə geniş fikir mübadiləsi aparılacaqdır. Burada müzakirə olunan bir neçə mühüm məsələ var ki, bunlar arasında hökumətin rolu və iştirakı, innovativ həllərin praktik tətbiqi, yaşıl texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq da mövcuddur. Yaşıl maliyyələşdirmə üçün müxtəlif maliyyə alətlərinin inkişafı və tətbiqi xüsusilə vacibdir. Eyni zamanda, yaşıl keçidin uğurla həyata keçirilməsi üçün özəl və dövlət sektorları arasında güclü əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu cür tərəfdaşlıqlar və maliyyə alətlərinin düzgün tətbiqi, yaşıl keçid prosesinin effektivliyini və dayanıqlılığını təmin edə bilər. Əminəm ki, bu müzakirələr Azərbaycan iqtisadiyyatının yaşıl keçidinin təmin edilməsinə və bu prosesin daha geniş maliyyələşməsinə mühüm töhfə verəcəkdir."
/ marja.az

Banklar     Tarix: 15 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin