"PAŞA Sığorta": "Azersky"la bağlı sığorta ödənişi veriləcək - 45 MİLYONLUQ ZƏRƏR
Kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal edilən və sıradan çıxan "Azersky" peyki ilə bağlı dəyən ziyan "PAŞA Sığorta" şirkəti tərəfindən qarşılanacaq.
Bu barədə sığorta şirkətindən bildirilib.
Qeyd edilib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb.
Artıq dəyən ziyanın ödənilməsi ilə təkrarsığorta şirkəti ilə razılıq əldə olunub. 45 milyon manat həcmində zərər ötürülən risklərin nisbətinə görə həm "PAŞA Sığorta", həm də xarici təkrarsığorta şirkəti arasında bölüşdürüləcək. Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") "PAŞA Sığorta" ilə ötən ilin sonunda "Azersky" peykinin sığortalanması ilə bağlı bir illik müqavilə bağlayıb.
Müqavilənin dəyəri isə 517 min 900 manat təşkil edib.
XXX
"ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, Azersky peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36.500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.
Azersky peyki 45 milyon manat məbləğində sığortalanmışdır və artıq sığorta məbləğinin alınması işlərinə başlanmışdır",- Azərcosmos bu gün yaydığı məlumatda bildirmişdi.
© APA / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Onlayn biznes növləri
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?
Layihə menecmenti nədir?