PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20 Europe zamanı Anlaşma Memorandumu imzalayıb

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20 Europe zamanı Anlaşma Memorandumu imzalayıbAzərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider Mastercard ilə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Memorandumun imzalanması iyunun 3-də, PashaPay-in Bir ekosistemi təmsil etdiyi, dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe zamanı Amsterdamda baş tutub.
Bu strateji əməkdaşlıq Mastercard və PashaPay arasında aşağıdakı sahələr üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur:
4 iyun tarixində verilən birgə mətbuat açıqlamasında Mastercard və PashaPay bildiriblər ki, bu strateji əməkdaşlıq aşağıdakı sahələrdə tərəflər arasında əlaqələri gücləndirməyə yönəlib:
Kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları üzrə əməkdaşlıq;
Mastercard və m10 markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;
Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi;
Beynəlxalq fəaliyyət sahəsinin genişləndirilməsi.
PashaPay-in baş icraçı direktoru Samir Məmmədov bildirib:
"Mastercard ilə tərəfdaşlıq, PashaPay-in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Qlobal təcrübəyə və güclü infrastruktura malik tərəfdaşımızla birlikdə istifadəçilərimizə və bizneslərə daha yaxşı maliyyə alətləri təqdim edə bilərik. Bu, təhlükəsiz və asan beynəlxalq pul köçürmələrini də əhatə edir. Bu Anlaşma Memorandumunun məhz Money 20/20 Europe tədbirində imzalanması isə Bir ekosistemin Azərbaycanın fintex sektorunu beynəlxalq səviyyəyə çıxarmaq, qlobal dialoqa qoşulmaq və uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq əzmini bir daha nümayiş etdirir."
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal deyib:
"Bu tərəfdaşlıq qlobal təcrübə ilə yerli bazar biliklərinin ideal sinerjisini təmsil edir. Biz sadəcə yeni ödəniş məhsulu təqdim etmirik – biz Azərbaycan istehlakçılarının və bizneslərinin ehtiyaclarını qarşılayan kompleks maliyyə alətləri yaradırıq. Məqsədimiz onları rəqəmsallaşan dünyada daha uğurlu etməyə kömək etməkdir."
Bu Anlaşma Memorandumu hər iki şirkətin innovasiyaların təşviqinə, yerli və regional fintex ekosistemlərinin gücləndirilməsinə və rəqəmsal maliyyənin daha təhlükəsiz, inklüziv və əlçatan edilməsinə olan birgə sadiqliyini əks etdirir.
PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
www.pashapay.az
Mastercard haqqında
Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkəmiz sayəsində insanlar, bizneslər və dövlətlər üçün unikal məhsul və xidmətlər təklif edirik.
www.mastercard.com / banker.az

Banklar     Tarix: 04 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti