"PMD Hospitality"də rəhbər vəzifələrə təyinatlar olub – FOTOLAR

"PMD Hospitality" MMC-nin idarə heyətində bir sıra yeni təyinatlar baş tutub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Samir Qurbanov, Çağlar Göncüler və Corc Ubbelod müvafiq olaraq Baş İcraçı Direktor, Baş Kommersiya İnzibatçısı və Əməliyyatlar üzrə Baş Direktor vəzifələrinə təyin olunublar.
Samir Qurbanov  "PMD Hospitality" MMC-də işə başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri, "AzerGold" QSC-nin Müşahidə Şurasının üzvü,  həmçinin, "Agrotrade Supply" MMC və "PMD Group" MMC kimi şirkətlərinin Müşahidə Şurasının müşaviri kimi çalışıb. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı, "PricewaterhouseCoopers", KPMG, SOCAR və başqa təşkilatlarda rəhbər vəzifələr tutub.
Samir Qurbanov Azərbaycan Dövlət Texniki Universitetinin mühəndislik fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib, sonradan ABŞ-ın Rutgers Universitetində dövlət idarəçiliyi və iqtisadi inkişaf üzrə, London Universitetinin Kral Kollecinin hüquq üzrə magistr dərəcəsi, Harvard Biznes Məktəbində idarəçilik üzrə təhsil alıb və Massaçusets Texnologiya İnstitutunun MBA proqramının məzunudur.
Samir Qurbanov
Çağlar Göncüler "Qatar Airways"də iş təcrübəsinə başlayıb və "JW Marriott", "Aman Resorts", "Hyatt", "The Ritz-Carlton", "Kempinski" kimi dünya şöhrətli hotellərdə Satış və Marketinq üzrə Direktor vəzifələrində çalışıb.
Bilkent Universitetində Amerika Ədəbiyyatı üzrə bakalavr dərəcəsini və Kanadanın "Western" Universitetində Tarix üzrə magistr dərəcəsini qazanıb. "PMD Hospitality" onun Azərbaycanda ilk iş təcrübəsidir. O, həmçinin İdarə heyətinin üzvü seçilib.
Çağlar Göncüler
Corc UbbelodAvropa, Orta Şərq, Asiya və Çində çalışıb. Corc Ubbelod İstanbul Texniki Universitetini mühəndis ixtisası üzrə bitirib, sonradan Cornell, Torrens Universitetləri və AHLEI İnstitutunda qonaqpərvərlik sənayesində idarəetmə üzrə təhsil alıb. EFQM – Avropa Keyfiyyət İdarəetmə Fondunun və UNWTO Akademiyasının üzvüdür.
Corc Ubbelod

Biznes     Tarix: 09 avqust 2022

Oxşar xəbərlər

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y


iqtisadi xeberler biznes xeberleri bitkoin almaq en son xeberler avtomobil xeberleri