"Premier Kredit BOKT"un xalis mənfəəti 2 dəfədən çox artıb
"Premier Kredit BOKT" MMC 2022-ci ili 50 min 905 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 22 min 907 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Premier Kredit BOKT"ın xalis mənfəəti 2,2 dəfə artıb.
Marja.az xəbər verir ki, 2021-ci ildə BOKT-un faiz gəlirləri 204 min 949 manat ikən, 2022-ci ildə 218 min 275 manata yüksəlib. Haqq və komissiya gəlirləri isə 4 min 806 manatdan 17 min 840 manata qalxıb.
2022-ci ilin sonunda "Premier Kredit BOKT"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 1 milyon 320 min manata çatıb. Kredit təşkilatı 2021-ci ilin sonunda 1 milyon 295 min manat kredit portfelinə malik idi.
"Premier Kredit BOKT" MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 01 noyabr 2014-cü il tarixli kreditlərin verilməsi üçün xüsusi razılıq (lisenziya) əsasən 01 dekabr 2014-cü il tarixindən fəaliyyət göstərir. Təşkilat müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. Cəmiyyətin təsisçiləri 3 fiziki şəxsdir.



Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?