"Premium Bank" 4 milyon manatdan çox xalis mənfəət açıqladı

"Premium Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 4 milyon 12 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövründə 6 milyon 999 min manat xalis mənfəət əldə etmişdi. Ötən ilin yanvar-sentyabr ayında xalis mənfəət mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış vəsaitin hesabına idi. 2022-ci ilin xalis mənfəti isə Bankın cari fəaliyyətindən qaynaqlanır. 
Marja.az xəbər verir ki, 2022-ci ilin 9 ayında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 35 milyon 847 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 123 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 724 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 712 min manat ayırdığından cari ilin yanvar-sentyabr dövrünü 4 milyon 12 min manat xalis mənfəət ilə bağlayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 34 milyon 898 min manat, cəmi əməliyyat xərcləri 35 milyon 846 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 948 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış 7 milyon 946 min manatın hesabına əməliyyat zərəri bağlanmış və bank həmin dövü 6 milyon 999 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"Premium Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 948 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 7 milyon 724 min manat azalıb. Beləliklə, "Premium Bank" həm cəmi əməliyyat gəlirlərini artırması, həm də xərclərini azaltması hesabına əməliyyatını zərərdən mənfəətə keçirib.
30 Sentyabr 2022-ci il tarixində "Premium Bank" ASC 174 milyon 910 min manat məcmu kapitala malik olub ki, bu da minimal məcmu kapital tələbindən 3,5 dəfə çoxdur. 
Xəbər yenilənəcək...

Banklar     Tarix: 24 oktyabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank